Boogix onlayn mağaza 2025-ci ildən etibarən fəaliyyət göstərir. Əsas fəaliyyət sahəmiz ekoloji cəhətdən təmiz çap texnologiyasından istifadə edərək yüksək keyfiyyətli parçalardan hazırlanan köynəklərin istehsalıdır. Eyni zamanda əsas fəaliyyət sahələrimizdən biri ekoloji təmiz və 100% pambıq çantalar, hədiyyə çantaları və aksesuarlarıdır. Məqsədimiz hər kəs üçün rahat və cəlbedici dizaynlarda müasir məhsulları təqdim etməkdir. Məhsullarımız həm yüksək keyfiyyət standartlarına cavab verir, həm də ətraf mühitin qorunması prinsiplərinə sadiqdir.  

          Mağazamız onlayn formatda fəaliyyət göstərdiyindən, geniş auditoriyaya asanlıqla çatmağı planlaşdırırıq. Məhsullarımız arasında fərqli rəng və ölçü çeşidləri mövcuddur; bu da hər kəsin öz bədən tipinə və üslubuna uyğun seçim etməsinə şərait yaradır. İstehsal prosesində ekoloji təmiz metodlara üstünlük veririk: təbii boyalar və materiallar istifadə etməklə həm dəbə uyğun, həm də məsuliyyətli dəb təqdim edirik. Boogix onlayn mağazamızda istehsal və satış sahəsində xidmət göstərən 10 nəfərlik kiçik komandamız ilə istifadəçilərimiz üçün ən yaxşı formada yüksək xidmət göstərməyə çalışırıq. 

 

 

Səbət

Səbətiniz boşdur.

Axtarış etmək üçün Enter düyməsini sıxın